Bakıda çəyirtkələr niyə artıb?
Məsələ ilə bağlı Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin rəisi Ceyhun İbrahimov bildirib ki, həyətyanı sahələrdə çəyirtkələrin artma səbəbi yem axtarışı ilə əlaqədardır:
“Belə ki, şəhərətrafı ərazilərdə yaşıllıq sahəsi azaldığı və hava da isti keçdiyi üçün yaranan yem qıtlığından dolayı çəyirtkələr yem tapmaq üçün həyətyanı sahələrdə yaşıllıq kütləyə gəlirlər. Hazırda bunun üzərində əməkdaşlarımız iş aparırlar. Çəyirtkələrin artmasına qarşı tədbirlər görülür. Onu da bildirim ki, çəyirtkələrin artması qorxulu bir şey deyil. Onların hər hansı bir zərəri yoxdur”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


