Hərbi cinayətlərin sayı kəskin azalıb I RƏSMİ

   Hərbi cinayətlərin sayı kəskin azalıb    I RƏSMİ
  18 İyul 2025    Oxunub:1209
2024-cü ilin birinci yarımili ilə müqayisədə, 2025-ci ilin birinci yarımilində qeydə alınmış hərbi xidmətdən yayınma cinayətləri ümumilikdə 43,9%, o cümlədən hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 36,4 %, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 45,3%, fərarilik cinayətləri 70 % azalıb.
AzVision.az xəbər verir ki, bu sözləri Hərbi prokuror Bəhruz Əhmədov Hərbi Prokurorluqda keçirilən geniş Kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, 2024-cü ilin birinci yarımili ilə müqayisədə, 2025-ci ilin birinci yarımilində qeydə alınmış vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 52,9%, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri 18,2%, özünü öldürmə həddinə çatdırma cinayətləri 50,0% azalıb.

"2025-ci ilin birinci yarımilində qeydə alınmış cinayətlər ötən ilin birinci yarımili ilə müqayisədə ümumilikdə 10,9%, qeyri-hərbi cinayətlər 2,5%, hərbi xidmət əleyhinə olan cinayətlər isə 18,6% azalıb".

AzVision.az



Teqlər:



Xəbər lenti