Sədr Prezidentin 3 iyun 2025-ci il tarixli Sərəncamı ilə yeni təyin olunan hakimlər arasında 9 nəfərin Kollegiya üzvü olduğunu çox yüksək göstərici kimi qiymətləndirərək, bu rəqəmin vəkilliyin ölkənin məhkəmə sistemində də etibarlı kadr bankınaçevrildiyini ifadə edib.
VK-nın həm Məhkəmə-Hüquq Şurasında, həm də Hakimlərin Seçki Komitəsində uğurla təmsil olunduğunu dilə gətirən sədr hakim təyin olunan keçmiş vəkillərin məhkəmə-hüquq islahatlarına töhfə verəcəyinə inandığını bildirib, onların hər zaman qanunun aliliyinə, etik davranış qaydalarına sadiq qalacağına əmin olduğunu söyləyib, bu şərəfli missiyada uğurlar arzulayıb.
Daha sonra hakim vəzifəsinə təyin olunan şəxslər Kollegiyanın Rəyasət Heyətinin qərarı ilə Fəxri Fərmanlarla təltif olunublar.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


