Laçın rayonunda dağlıq ərazidə yanğın baş verib

Laçın rayonunda dağlıq ərazidə yanğın baş verib
  16 İyul 2025    Oxunub:440
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Laçın rayonu, Hoçaz kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
AzVision.az xəbər verir ki, nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə nəzarətə götürülüb.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

AzVision.az



Teqlər:



Xəbər lenti