Azərbaycan Turizm Blogerləri Assosiasiyasının üzvləri Hilal Abdullayeva və Həsən Məmmədov səyahət təcrübələrini bölüşüb, faydalı müzakirələr aparıblar. "Digital Umbrella" şirkətinin dizayn komandası ilə “Daha yaxşı dünya üçün dizayn” mövzusu üzrə təlim proqramında sadə materiallardan böyük ideyalar yaranıb, debatlarda düşünmək, sorğulamaq və arqumentlərlə fikirlərini ifadə izah edilib.
"ABAD"ın ustad dərsində uşaqlar müxtəlif əyləncəli və yaradıcı məhsullar hazırlayıblar. ASAN Radio və TV-nin təşkilati dəstəyi ilə baş tutan konsert proqramında Namiq Qaraçuxurlu möhtəşəm canlı ifaları və dəstəyi ilə düşərgəni daha da rəngarəng edib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


