Rusiya Ukraynaya kütləvi zərbələr endirib

      Rusiya Ukraynaya kütləvi zərbələr endirib
  16 İyul 2025    Oxunub:1129
İyulun 16-na keçən gecə Rusiya ordusu Ukraynanın Vinnitsa şəhərinə kütləvi hücum həyata keçirib, sənaye və mülki infrastruktur obyektlərinə zərbələr qeydə alınıb.
AzVision.az yerli hakimiyyət orqanlarına istinadən xəbər verir ki, hələlik 7 zərərçəkən haqqında məlumat var.

“Düşmənin hücumu nəticəsində Vinnitsa şəhərində mülki infrastruktur obyektlərinə zərbələr endirilib. Zərərçəkənlərdən beşinin yanıq xəsarətləri var. İkisinin vəziyyəti ağır, üçünün vəziyyəti orta ağırdır”, - Vinnitsa Regional Hərbi Administrasiyasının rəis müavini Nataliya Zabolotnaya bildirib.

Onun sözlərinə görə, yanğın ərazilərdən birində lokallaşdırılıb, digərində isə xilasedicilər işlərini davam etdirirlər. Vinnitsa vilayətində də 4 yaşayış binasına ziyan dəyib. Bu gün Vinnitsa bölgəsinə ümumilikdə 28 PUA hücum edib, onlardan təxminən 18-i vurulub.

Ukrayna prezidenti Volodimir Zelenskinin doğma şəhəri olan Krivoy-Roqda isə Rusiyanın raket və onlarla pilotsuz təyyarə ilə birgə zərbələri nəticəsində müəssisə dağıdılıb, bir neçə yanğın baş verib, 17 yaşlı oğlan ağır yaralanıb.

“Əvvəllər heç vaxt belə olmamışdı. Balistik raket və eyni zamanda 28 “Şahed”. Sənaye müəssisəsi dağıdılıb. Şükürlər olsun ki, itki yoxdur, şəxsi heyət sığınacaqlarda olub. Amma təəssüf ki, 17 yaşlı gənc ağır yaralanıb. Hazırda həkimlər onun həyatı üçün mübarizə aparır. Bir neçə yanğın hadisəsi baş verib. Lokallaşdırma işləri görülür”, - şəhərin meri Aleksandr Vilkul öz Telegram-kanalında yazıb.

Putindən inciyən Tramp Avropanı məyus etdi | VİDEO
Rusiya PUA-ları Xarkov və İzmailə də kütləvi hücuma keçiblər. Xarkov vilayəti administrasiyasının rəhbəri Oleq Sinegubovun sözlərinə görə, Xarkov şəhərində azı səkkiz zərbə qeydə alınıb. Partlayışlar şəhərin Kiyevski rayonunda baş verib. Mer İqor Terexov zərbələrdən birinin mülki obyektə dəydiyini və nəticədə ərazidə yanğın baş verdiyini açıqlayıb.

Xatırladaq ki, iki gün əvəvl ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə Ukraynada sülh razılaşmasına nail olmaq üçün 50 gün möhlət veridyini açıqlayıb.

Rusiyaya qarşı müharibədə Kiyevi dəstəkləyən əksər dövlətlər, xüsusilə də Avropa İttifaqı (Aİ) üzvləri bu möhlətin əslində Ukraynanı sülhə məcbur etmək üçün Putinə verilən kart-blanş kimi qiymətləndirirlər. Məhz bu baxlmdan, Donald Trampın qərarı Ukraynanın Avropadakı müttəfiqlərini məyus edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Rusiya   Ukrayna   zərbələr  



Xəbər lenti