Bu il moped və motosiklet sürücülərinin təqsirindən 4 nəfər ölüb

Bu il moped və motosiklet sürücülərinin təqsirindən 4 nəfər ölüb
  16 İyul 2025    Oxunub:1188
Bu ilin 6 ayı ərzində respublika yollarında moped və motosiklet sürücülərinin təqsiri səbəbindən 17 yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qəzalarda 4 nəfər ölüb, 16 nəfər xəsarət alıb. Paytaxt Bakıda qaydaların pozulması səbəbindən qeydə alınan 7 qəzada isə 9 nəfər xəsarət alıb.

AzVision.az



Teqlər:



Xəbər lenti