TikTok bu il Azərbaycanda bir milyondan çox videonu silib
İcma Qaydalarına əməl olunmasına dair Hesabata əsasən, 2025-ci ilin birinci rübündə Azərbaycanda:
• İcma Qaydalarının pozulması səbəbindən bir milyondan çox video silinib.
• Ümumi videoların 99%-i platforma tərəfindən proaktiv şəkildə, yəni onlara şikayət edilməzdən əvvəl aradan qaldırılıb.
• Videoların 97%-i dərc olunduqdan sonra 24 saat ərzində silinib ki, bu da dünya üzrə orta göstəricilərdən yüksəkdir.
Xatırladaq ki, ötən il Azərbaycanda üç milyondan çox video silinib.
Eyni zamanda, 2025-ci ilin birinci rübü üçün dünya üzrə, İcma Qaydalarının pozulması ilə əlaqədar:
• 211 milyondan çox video silinib.
• Videomaterialların 99%-i proaktiv şəkildə silinib.
• Videoların 94,3%-i dərc olunduqdan sonra 24 saat ərzində silinib.
Bu dövr ərzində silinmiş ümumi məzmunun 87%-dən çoxu avtomatlaşdırılmış moderasiya texnologiyaları vasitəsilə silinib ki, bu da indiyədək qeydə alınmış ən yüksək göstəricidir. Bundan əlavə, TikTok-un moderasiya texnologiyaları canlı yayımlarda İcma Qaydalarını pozan məzmunun daha sürətli müəyyən edilməsinə kömək edib: birinci rübdə 19 milyon canlı yayım dayandırılıb ki, bu da əvvəlki rübə nisbətən 50% çoxdur.
TikTok haqqında
TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


