İsveç də Ukraynaya silah göndərəcək?

   İsveç də Ukraynaya silah göndərəcək?
  15 İyul 2025    Oxunub:1049
"ABŞ Prezidenti Donald Trampın Ukraynaya milyardlarla dollar dəyərində silah-sursat göndərmək qərarı fonunda İsveç də Ukraynaya öz dəstəyini göstərəcək".
Bu sözləri İsveçin müdafiə naziri Pol Yonson "Reuters" xəbər agentliyinə açıqlamasında söyləyib. O həmçinin diqqətə çatdırıb ki, rəsmi Stokholm ABŞ-nin Rusiyaya qarşı sanksiyaları artırmaq qərarını da alqışlayır.

"Patriot" yer-hava raketlərinin, eləcə də digər silah sistemlərinin Ukraynaya göndərilməsi qərarı təqdirəlayiqdir. Bu işə biz də öz töhfəmizi verəcəyik", - deyən nazir "töhfə" dedikdə nəyi nəzərdə tutduğunu açıqlamayıb. Bu çərçivədə İsveçin də Kiyevə silah-sursat çatdıracağı ehtimalı istisna deyil.
Peskov: "Kiyevdən cavab gözləyirik"

Vaşinqtonla Moskva arasında Ukrayna üzrə sülh danışıqlarının iflasa uğraması, Trampın Putinə qarşı "etimadını itirməsi" fonunda Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın raket və dron hücumlarının qarşısını almaq üçün ABŞ-dən daha çox müdafiə imkanları istəyib. ABŞ Prezidenti Donald Tramp bu istəyə cavabən Ukraynaya "Patriot" yer-hava raketlərinin göndəriləcəyini vurğulayıb. Belə görünür ki, o artıq danışıqların nəticə vermədiyini başa düşərək, Ukraynanın həm müdafiə, həm də hücum sistemini gücləndirmək niyyətindədir.

"Bu raketlər Ukraynanın müdafiəsi naminə zəruridir, çünki Rusiya Prezidenti Vladimir Putin gözəl danışsa da, hamını bombalayır. Xərci isə Avropa İttifaqı ödəyəcək", - o, "Endryus" Hərbi Bazasında jurnalistlərə danışarkən deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsveç   Ukrayna   ABŞ   dəstək   silah-sursat  



Xəbər lenti