Azərbaycanda Slovakiyanın fəxri konsulluğu açıla bilər

   Azərbaycanda Slovakiyanın fəxri konsulluğu açıla bilər
  15 İyul 2025    Oxunub:1144
"Azərbaycan Slovakiya üçün getdikcə daha perspektivli biznes tərəfdaşına çevrilir. Bu tərəfdaşlıq həm enerji və müdafiə sənayeləri, həm də informasiya və nəqliyyat texnologiyaları sahələrinə aiddir".
Bu sözləri Slovakiyanın Azərbaycandakı yeni səfiri Elçin Qasımov bu ölkənin xarici işlər naziri Yuray Blanarla görüşündə dilə gətirib.liyinin rəhbəri Blanarla görüşdə deyib. O diqqətə çatdırıb ki, öz vəzifəsində məqsədlərindən biri Azərbaycanın iqtisadi cəhətdən perspektivli regionlarında Slovakiyanın fəxri konsulluğunun açılmasına şərait yaratmaqdır.

"Slovakiya-Azərbaycan siyasi dialoqunun dərinləşməsi iqtisadi əlaqələrin də inkişafına töhfə verəcək", - yeni səfir bildirib.

Blanar isə, öz növbəsində, vurğulayıb ki, keçən il iki ölkə əməkdaşlıq əhəmiyyətli dərəcədə möhkəmlənib.

"Baş nazir Robert Fitsonun Bakıya səfəri əsnasında qarşılıqlı əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə qaldırdıq, bir sıra sahədə dialoqa maraqla yanaşdığımız təsdiqlədik", - o deyib.

Xatırladaq ki, Elçin Qasımov iyulun 1-də Slovakiyanın Azərbaycandakı səfiri təyin olunub. Əslən Kəlbəcər rayonundandır. O, bir müddət Slovakiyanın ölkəmizdə müvəqqəti işlər vəkili vəzifəsində çalışıb.

Elçin Qasımov həmçinin daha əvvəllər Slovakiya Milli Şurasının sədrinin müşaviri, habelə investisiyalar, regional İnkişaf və informasiya naziri vəzifələrini tutub.

Firudin Həmidli
AzVision.az


Teqlər: Slovakiya   Azərbaycan   səfir   konsulluq  



Xəbər lenti