Məhkəmə sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə və informasiya mübadiləsinin təşviqi, eləcə də əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli imkanların mövcudluğu vurğulanıb. Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Munther İbrahim Hüsseyn iki ölkə arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. O, Azərbaycan məhkəmə sistemində aparılan islahatları və əldə olunan nailiyyətləri yüksək qiymətləndirib, bu sahədə təcrübə mübadiləsinin faydalı olacağını bildirib. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


