BMT öldürülən fələstinlilərin sayını açıqlayıb

 BMT öldürülən fələstinlilərin sayını açıqlayıb
  15 İyul 2025    Oxunub:1224
2023-cü il oktyabrın 7-dən bəri İsrail əsgərləri və İordan çayının qərb sahilində məskunlaşan yəhudilər azı 964 fələstinlini öldürüb.
AzVision.az xəbər verir ki, bu məlumatı açıqlayan BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) sözçüsü Təmin Əl-Kitan Cenevrədə BMT-nin brifinqində hücumların sayının artmaqda olduğunu vurğulayıb.

“İsrail təhlükəsizlik qüvvələri tez-tez ölümlə nəticələnməyən lazımsız və ya qeyri-mütənasib tədbirlərdən istifadə ediblər. Nəticədə qurbanlar arasında digərlərinin həyatı üçün birbaşa təhlükə yaratmayan fələstinlilər də var”, - Təmin Əl-Kitan deyib.

O, bildirib ki, ən gənc qurban, iki yaşlı Leyla Xətib yanvarın 25-də Cenin şəhərinin Əş-Şühəda kəndindəki evində İsrail təhlükəsizlik qüvvələri tərəfindən başından vurulub
.
Xatırladaq ki, bu il mayın 13-də Fələstinin Milli İqtisadiyyat naziri Məhəmməd əl-Amur İsraillə münaqişə başa çatdıqdan sonra Fələstin ərazilərində normal həyatın bərpasına təxminən 15 il vaxt lazım olacağını deüyib. Əl-Amur, Fələstin xalqının hazırkı şəraitdə müqavimətini vurğulayaraq, işğalın müddətindən asılı olmayaraq fələstinlilərin sınmayacağını bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsrail   fələstinlilər  



Xəbər lenti