Hande Harmancı: "COVID-19 hələ də mövcuddur"

      Hande Harmancı:    "COVID-19 hələ də mövcuddur"
  15 İyul 2025    Oxunub:593
COVID-19 artıq əvvəlki kimi təsirli olmasa da, hələ də mövcuddur.
AzVision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, COVID-19-a qarşı diqqətli olmaq və qoruyucu tədbirlərə riayət etmək lazımdır:

”Eyni zamanda qrip virusları həyatımızın bir parçasıdır və hər il xüsusilə 65 yaşdan yuxarı insanlar üçün peyvəndlə bağlı tövsiyələr verilir”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:



Xəbər lenti