Kəlbəcərdə 3 ton çətənə yandırılıb

Kəlbəcərdə 3 ton çətənə yandırılıb
  15 İyul 2025    Oxunub:872
Kəlbəcər rayonunda polis əməkdaşlarının “Xaşxaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, ümumi çəkisi 3 ton 150 kq olan 3500 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.

AzVision.az


Teqlər: DİN  



Xəbər lenti