Külli miqdarda marixuananın ölkəyə keçirilməsinin qarşısı alınıb

   Külli miqdarda marixuananın ölkəyə keçirilməsinin qarşısı alınıb
  14 İyul 2025    Oxunub:803
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən naməlum şəxsin şübhəli hərəkətləri müşahidə edilib.
AzVision.az xəbər verir ki, bu barədə DSX məlumat yayıb. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılmış və sərhəd axtarışı həyata keçirilib.

Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycan vətəndaşı – 1993-cü il təvəllüdlü Həsənov Rizman Qardaş oğlu saxlanılmış, üzərinə baxış zamanı ümumi çəkisi 13 kiloqram 400 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

AzVision.az



Teqlər:



Xəbər lenti