“İstanbulda keçirilən danışıqlar deyildi”

// Ukraynalı diplomat rusların sirrinı açdı

 “İstanbulda keçirilən danışıqlar deyildi”
  13 İyul 2025    Oxunub:3152
“Ukrayna-Rusiya danışıqları praktik olaraq özünü tükədib”. Bu bəyanatı Ukraynanın xarici işlər naziri Sergey Kislitsa “The Kyiv Independent” nəşrinə müsahibəsində deyib.
Kislitsa bildirib ki, əslində İstanbulda heç bir danışıq olmamışdı: “Nümayəndə heyətləri eyni otaqda əyləşib bir-birlərinə baxırdılar. Bu, danışıqlar deyildi”.

Nazir müavininin sözlərinə görə, Rusiyanın nümayəndə heyəti ultimatumlar irəli sürərək, qarşı tərəfi heç dinləmirdi də. Onlar konkret olaraq şərtlərini diqtə etmək tapşırığı ilə gəlmişdilər. Hətta atəşin dayandırılmasının da əleyhinə olublar.

“İstanbuldakı birinci görüşdən sonra Rusiyanın nümayəndə heyətinin üzvlərindən biri mənə dedi ki, otaqdan əliboş çıxa bilməz, buna görə də heç olmasa əsirlərin mübadiləsi barədə razılağa gəlməliyik”, - Sergey Kisilitsa vurğulayıb.

Nazir mavininin sözlərinə görə, İstanbul danışıqları Putinə ona görə lazım idi ki, ABŞ-a Ukrayna ilə guya danışdığını göstərsin.

Qeyd edək ki, bir neçə gün qabaq Ukrayna prezidenti Volodimir Zelenski Putinlə görüşməyə hazır olduğunu ifadə edib. Papa XIV Lev danışıqların Vatikanda keçirilməsi təklifini irəli sürüb. Moskva təklifdən boyun qaçırıb.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti