Naftalanda Özbəkistan vətəndaşının meyiti tapılıb

Naftalanda Özbəkistan vətəndaşının meyiti tapılıb
  12 İyul 2025    Oxunub:1341
Naftalan şəhərində yerləşən sanatoriyalardan birində 37 yaşlı kişinin meyiti aşkarlanıb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə sanatoriyada qeydə alınıb. Məlum olub ki, vəfat edən şəxs Özbəkistan Respublikasının vətəndaşı, 1988-ci il təvəllüdlü Z.Kafarovdur.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin ehtimallara görə, Z.Kafarov ürək tutmasından dünyasını dəyişib.

Məlumata əsasən, o, Özbəkistandan Naftalana istirahət məqsədilə gəlibmiş.

Faktla bağlı araşdırma aparılır.


Teqlər: Kriminal  



Xəbər lenti