Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqına üzvlərin sayı 8-ə çatıb

   Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqına üzvlərin sayı 8-ə çatıb
  12 İyul 2025    Oxunub:1213
Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci sammiti çərçivəsində İttifaqa 4 yeni üzv qəbul olunub.
AzVision.az xəbər verir ki, həmin üzvlər Azərbaycanın "Tufandağ" Dağ Kurortu, Türkiyənin "Ərciyəz" Dağ Kurortu, Türkiyənin "Ejder 3200 World Ski Center" ("Palandöken") və Qazaxıstanın "Oi-Qaragai" kurortudur.

Eyni zamanda, sammit çərçivəsində Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının Xizəkçi Jurnalistlər Klubu təsis olunub.

Məlumat üçün bildirək ki, Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı Türk Dövlətləri Təşkilatının dəstəyi ilə ötən ilin sentyabr ayında yaradılıb. Daha əvvəl ittifaqın üzvlərinin sayı 4 idi : Azərbaycanın “Şahdağ” Turizm Mərkəzi, Özbəkistanın "Amirsoy", Qazaxıstanın "Şimbulak" və Türkiyənin "Uludağ" Dağ Kurortları.

AzVision.az


Teqlər: turizm  



Xəbər lenti