Mirvohid Azimov: "Vahid turizm brendi qlobal bazarda mövqeyimizi gücləndirəcək"

      Mirvohid Azimov:    "Vahid turizm brendi qlobal bazarda mövqeyimizi gücləndirəcək"
  12 İyul 2025    Oxunub:1217
"İttifaqın yaradılması türk dövlətləri arasında turizm sahəsində əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsinin təşviqi baxımından mühüm hadisədir".
AzVision.az xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının dəstəyi ilə Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci sammitində çıxışı zamanı TDT-nin Baş katibinin müavini Mirvohid Azimov söyləyib. Onun bildirdiyinə görə, İttifaqa üzv ölkələr turizm kurortlarının birgə layihələr, qarşılıqlı tanıtım kampaniyaları və vahid turizm brendi vasitəsilə gələcəkdə qlobal turizm bazarında daha da güclənəcək və tanınacaq.

"Türk Dövlətləri Təşkilatı bu təşəbbüsləri gələcəkdə də dəstəkləyəcək, platforma daha da genişlənib öz potensialının artıracaq", - Azimov deyib.

AzVision.az


Teqlər: turizm  



Xəbər lenti