Gürcüstan Ermənistana maye qazı buraxmır

Gürcüstan Ermənistana maye qazı buraxmır
  12 İyul 2025    Oxunub:1209
Ermənistana gedən maye qazla dolu 100-dən çox yük maşını Gürcüstanda sərhədi keçə bilmir. Problem iki-üç gün əvvəl yaranıb, lakin artıq Ermənistanın yanacaqdoldurma məntəqələrində avtoqazın qiymətində sıçrayışa səbəb olub.
AzVision.az erməni mediasına istinadən xəbər verir ki, yük maşınları “Lars” keçid məntəqəsindən və həmişəki kimi tranzitlə Gürcüstan ərazisindən keçib. Adətən, mayeləşdirilmiş qaz da daxil olmaqla təhlükəli yüklərlə daşımalar təhlükəsizlik tələblərinə görə sərhədi prioritet qaydada keçir: ballonlardakı təzyiq temperaturdan asılıdır (məsələn, propan üçün 20°C-də - təxminən 8 bar, 40°C-də - 13 bara qədər).

Lakin bu dəfə Ermənistana məxsus yük maşınları GEZi gömrük terminalına göndərilib. Nəşrin mənbələrindən biri çənlərdə təzyiqin artıq 11 bara çatdığını və uzun gecikmənin partlama riskinə səbəb ola biləcəyini deyib. Belə ki, 13 bar və yuxarı səviyyə kritik sayılır.

“Ermənistan bazarında maye qaz qıtlığı yoxdur və Rusiyadan alış qiyməti dəyişməyib. Bununla belə, yanacaqdoldurma məntəqələrində pərakəndə satış qiyməti bir neçə gün ərzində litr üçün 120-dən 160 drama yüksəlib”, - erməni mətbuatı yazır.

“Mediahub” portalnı bildirir ki, bu vəziyyət Ermənistan və Gürcüstan arasında yüklərin tranziti ilə bağlı problemlərin davamıdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Gürcüstan   Ermənistan  



Xəbər lenti