Bu gün Ümumdünya Fotoqraflar Günüdür

Bu gün Ümumdünya Fotoqraflar Günüdür
  12 İyul 2025    Oxunub:1305
İyulun 12-si Ümumdünya Fotoqraflar Günü kimi qeyd olunur.
AzVision.az xəbər verir ki, bu gün ilk fotoşəklin çəkilməsi ilə bağlıdır. 1826-cı il iyul ayının 12-də Jozef Nisefor Nyeps “Pəncərədən La-Qrassın mənzərəsi” adlı ilk foto çəkib. 8 saat ərzində çəkilən həmin foto o dövr üçün böyük kəşf hesab edilib.

1839-cu ildə isə Lui Jak Mande Daqer tərəfindən Paris Sənətkar Akademiyasında fotoqrafiya üsulu təqdim olunub. Bu da fotoqrafiya sənətinin inkişafına təkan verib.

Araşdırmalara əsasən, ilk azərbaycanlı fotoqraf 1880-1910-cu illərdə Gəncə şəhərində fəaliyyət göstərmiş Məşədi Abbasəli Abbasov olub. Onun fotolarının orijinalları tapılıb.

AzVision.az


Teqlər: Fotoqraflar   peşə  



Xəbər lenti