Ordubad qoruğunda hansı işlər görülür?
Qoruğun ərazisi 240.06 hektar, mühafizə zonası 11.81 hektar olmaqla ümumilikdə 251.87 hektar ərazini əhatə edir. Qoruq ərazisində 1-i dünya, 1-i ölkə, 218-i yerli əhəmiyyətli olmaqla ümumilikdə 220 daşınmaz tarix və memarlıq abidəsi mövcuddur.
O, həmçinin vurğulayıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 12 mart tarixli Qərarı ilə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi təsdiq edilib.
“Qoruğun inzibati binası kimi nəzərdə tutulan “Ərbabın iş yeri” tarixi bina, Sərşəhər meydanındakı Sərşəhər Məscidi və Mədrəsə binası ilə bağlı layihələndirmə və satınalma işləri görülür. Bu abidələrin bərpası bizim əsas prioritetlərimizdəndir”, – deyə nazir müavini əlavə edib.







Vaxtında, Aydın, Lazımlı!


