Dağıstanda içməli sudan kütləvi zəhərlənmə baş verib

Dağıstanda içməli sudan kütləvi zəhərlənmə baş verib
  11 İyul 2025    Oxunub:1522
Dağıstanın Azərbaycanla sərhəddə yerləşən Məhərrəmkənd rayonunda içməli sudan kütləvi zəhərlənmə meydana gəlib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, sudan dezinteriya olanların sayı 372-yə çatıb. Onlardan 357-si uşaqdır.

Məlumata görə, 23 uşaq ambulator müalicə üçün xəstəxanadan buraxılıb, 97 nəfər isə xəstəxanadadır.

Dağıstan Respublikasının İstintaq Komitəsi Məhərrəmkənd rayonu bələdiyyə mənzil-kommunal təsərrüfatı müəssisəsinin direktorunun saxlanıldığını açıqlayıb. O, təhlükəli xidmət göstərməkdə şübhəli bilinir.

AzVision.az


Teqlər: Dağıstan   zəhərlənmə  



Xəbər lenti