Üç qəzetin təşkilatı forması dəyişdirilib

   Üç qəzetin təşkilatı forması dəyişdirilib
  11 İyul 2025    Oxunub:1519
"Bakinski raboçi" qəzetinin, eyni zamanda, "Respublika" və "Xalq" qəzetlərinin redaksiyalarının birləşmə formasında yenidən təşkili yolu ilə Məhdud Məsuliyyətli Cəmiyyətləri yaradılıb.
AzVision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman verib.

Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına bu fərmanın icrasına nəzarət etmək tapşırılıb.

AzVision.az


Teqlər: Prezident   fərman  



Xəbər lenti