Mədəniyyət mərkəzlərində yoxlamalar aparılır

Mədəniyyət mərkəzlərində yoxlamalar aparılır
  11 İyul 2025    Oxunub:1460
Hazırda Mədəniyyət Nazirliyi tərəfindən tabeliyindəki müəssisələrin fəaliyyət səmərəliliyinin artırılması məqsədilə genişmiqyaslı təhlil və qiymətləndirmə prosesi aparılır.
Mədəniyyət Nazirliyindən AzVision.az -a bildirilib ki, bu çərçivədə mədəniyyət mərkəzləri və klubların fəaliyyəti, onların yerli ictimaiyyətə təqdim etdiyi xidmətlər, mövcud resurslardan istifadə imkanları və əməkdaş heyətinin struktur effektivliyi kimi amillər nəzərdən keçirilir.

Qeyd edilib ki, hazırda heç bir mədəniyyət mərkəzinin və ya klubun fəaliyyətinin rəsmi şəkildə dayandırılması ilə bağlı qərar qəbul edilməyib:

"Müvafiq müəssisələr öz fəaliyyətlərini davam etdirir. Aparılan təhlillər və mümkün struktur dəyişiklikləri ilə bağlı hər hansı qərar qəbul olunacağı təqdirdə bu barədə ictimaiyyətə rəsmi şəkildə məlumat veriləcək".

AzVision.az


Teqlər: Mədəniyyət-Nazirliyi  



Xəbər lenti