Şirvanda narkokuryer saxlanılıb

Şirvanda narkokuryer saxlanılıb
  11 İyul 2025    Oxunub:1532
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkokuryerliyə cəlb edilən şəhər sakini Natiq Xankişiyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, ondan 7 kiloqrama yaxın həşiş, metamfetamin və marixuana, eləcə də 400 ədəd narkotik tərkibli həb aşkarlanıb.

N.Xankişiyev sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan əcnəbi narkotacir tərəfindən kuryerliyə cəlb olunduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  



Xəbər lenti