“2025-ci il avqustun 1-dən etibarən bütün sektor tarifləri ilə yanaşı, ABŞ-yə göndərilən bütün Braziliya mallarına 50% rüsum tətbiq edəcəyik”, - daha sonra Donald Tramp sosial mediada yazıb.
Tramp həmçinin bir daha Braziliyanın keçmiş prezidenti Jair Bolsonaruya dəstək verərək yerli hakimiyyət orqanlarının ona qarşı hərəkətlərini “siyasi cadugər ovu” adlandırıb.
|
| Braziliya prezidenti Trampa məsləhət verdi | VİDEO |
Trampın Braziliyaya elan etdiyi rüsum savaşına qarşı tərəfin cavabı da özünü çox gözlətməyib.
- Tariflərdə istənilən birtərəfli artıma Braziliyanın Qarşılıqlı İqtisadi Tədbirlər haqqında Qanununa uyğun olaraq cavab veriləcək”, - Braziliya prezidenti “X” sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, ABŞ-nin Braziliya ilə ticarət kəsiri olması iddiası doğru deyil. Belə ki, ABŞ-nin son 15 ildə Braziliya ilə müsbət ticarət balansı 410 milyard dollar təşkil edib. “CNN Brasil” telekanalı xəbər verir ki, Lula da Silva ABŞ-nin tariflərinə qarşı cavab tədbirlərini müzakirə etmək üçün administrasiyasının təcili iclasını çağırıb.
Donald Tramp, öz növbəsində, bildirib ki, Braziliya cavab rüsumları tətbiq edərsə, həmin həcmdə tarif 50 faizlik rüsumlara əlavə olunacaq.
Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ prezidenti hətta BRİKS-i dəstəkləyən ölkələrdən də idxal olunan mallara qarşı əlavə 10%-lik rüsum tətbiq edəcəyi ilə hədələyib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


