Ağdərədə minaya düşmüş şəxsin vəziyyəti açıqlanıb

Ağdərədə minaya düşmüş şəxsin vəziyyəti açıqlanıb
  10 İyul 2025    Oxunub:1371
Bu gün saat 08:30 radələrində 1979-ci il təvəllüdlü şəxs (kişi cinsli) Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
TƏBİB-dən AzVision.az -a məlumat verilib ki, ilkin tibbi yardım göstərilən pasiyent daha ixtisaslı tibbi xidmət almaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.

Sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu təyin edilən şəxs üzərində cərrahi əməliyyat icra olunacaq. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.

Xatırladaq ki, Ağdərə rayonunun Həsənqaya kəndində 1979-cu il təvəllüdlü Quluyev Qulu Tufan oğlu minalardan təmizlənməmiş ərazisində mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb. Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

AzVision.az


Teqlər: mina   partlayış  



Xəbər lenti