“X”in baş direktoru istefa verdi

“X”in baş direktoru istefa verdi
  09 İyul 2025    Oxunub:770
“X” sosial şəbəkəsinin baş direktoru Linda Yakkarino vəzifəsindən getdiyini açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində yazıb:

“İki inanılmaz ildən sonra mən “X” şirkətinin baş direktoru vəzifəsindən getməyə qərar verdim”.

Yakkarino həmçinin sosial şəbəkənin sahibi İlon Maska “söz azadlığını qorumaq, şirkəti dəyişdirmək və “X”i hər şey üçün tətbiq etmək məsuliyyətini ona etibar etdiyinə görə” minnətdarlığını bildirib.

Qeyd edək ki, o, istefasının səbəblərini açıqlamayıb.

AzVision.az



Teqlər:



Xəbər lenti