Azərbaycanda daha 24 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Azərbaycanda daha 24 nəqliyyat vasitəsi hərraca çıxarılacaq
  09 İyul 2025    Oxunub:842
Sentyabrın 2-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək.
AzVision.az xəbər verir ki, bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 178 min 700 manat olan 24 nəqliyyat vasitəsi, nəqliyyat vasitəsi çıxarılacaq.

Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.

AzVision.az



Teqlər:



Xəbər lenti