Film istehsalına çəkilən xərclərin geri ödənmə qaydaları təsdiqlənib
Qaydaların əsas məqsədləri:
• Azərbaycanda istehsal olunan filmlər üzrə çəkilmiş xərclərin müəyyən hissəsinin geri qaytarılması mexanizmini tənzimləmək;
• Xarici prodüserlərin ölkəmizdə film istehsalına marağını artırmaq və beynəlxalq əməkdaşlıqları stimullaşdırmaq;
• Kinematoqrafiya sahəsində şəffaf, səmərəli və əlçatan dəstək mexanizmi formalaşdırmaq;
• Yerli istehsalçıların rəqabət qabiliyyətini və texniki potensialını gücləndirmək.
Qaydalara əsasən, geri ödəniş yalnız müəyyən edilmiş meyarlara uyğun gələn və auditdən keçmiş layihələrə şamil ediləcək. Mexanizm şəffaflıq, effektivlik və beynəlxalq təcrübəyə uyğunluq prinsipləri əsasında həyata keçiriləcək.
Bu təşəbbüs Azərbaycanın kino sənayesinə dövlət dəstəyinin institusional əsasda qurulmasına və ölkəmizin regional audiovizual mərkəzə çevrilməsi istiqamətində atılmış mühüm addımlardan biri olmaqla yanaşı Azərbaycanın təbii çəkiliş məkanlarının dünyaya təqdim olunması üçün də nadir bir imkandır.
AzVision.az
Teqlər: qərar







Vaxtında, Aydın, Lazımlı!


