Ankara Parisə sərt cavab verib

   Ankara Parisə sərt cavab verib
  08 İyul 2025    Oxunub:1165
Türkiyənin Xarici İşlər nazirliyi Fransanın Avropa və Xarici İşlər nazirliyinin Türkiyədə davam edən məhkəmə prosesləri ilə bağlı bəyanatını kəskin şəkildə pisləyərək, bunu ölkənin daxili işlərinə və məhkəmə sisteminə müdaxilə adlandırıb.
AzVision.az xəbər verir ki, açıqlamada Türkiyənin hüquqi dövlət olduğu, məhkəmə proseslərinin müstəqil məhkəmələrin iştirakı ilə ölkə Konstitusiyasına və qanunlarına uyğun şəkildə aparıldığı vurğulanıb.

“Biz Fransanın daxili işlərimizə müdaxilənin ehtiva olunduğu bəyanatını qətiyyətlə rədd edirik. Parisi Türkiyənin suverenliyinə hörmət etməyə, siyasi motivli şərhlərdən çəkinməyə və daxili problemlərinə diqqət yetirməyə çağırırıq”, - Tükiyə XİN-in bəyanatında vurğulanır.

Ankara, eyni zamanda, müxalifət liderinin həbsə məhkum olunduğu Fransadakı vəziyyəti, eləcə də bələdiyyə sədrlərinə qarşı davam edən prosesləri xatırladaraq, Parisin mövqeyində ikili standartlara diqqət çəkib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Türkiyə   Fransa  



Xəbər lenti