Siyəzəndə qadının ölməsi ilə əlaqədar araşdırma aparılır

Siyəzəndə qadının ölməsi ilə əlaqədar araşdırma aparılır
  08 İyul 2025    Oxunub:1623
Siyəzəndə qadının paraşütlə atlanarkən yıxılaraq ölməsi faktı üzrə araşdırma aparılır.
Baş Prokurorluqdan AzVision.az -a verilən məlumata görə, iyulun 7-də Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Nuranə Məcidovanın Siyəzən rayonu Zarat kəndində yerləşən "Beşbarmaq piri" adlanan ərazidə dağdan paraşüt vasitəsilə atlanarkən yıxılaraq ölməsi faktı üzrə Siyəzən rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

AzVision.az


Teqlər: Baş-Prokurorluq  



Xəbər lenti