Rusiya İstintaq Komitəsi Roman Starovoytun ölümünü təsdiqləyib

Rusiya İstintaq Komitəsi Roman Starovoytun ölümünü təsdiqləyib
  07 İyul 2025    Oxunub:1000
Rusiyanın sabiq nəqliyyat naziri Roman Starovoyt Moskva vilayətinin Odintsovo şəhərində ölü tapılıb.
AzVision.az xəbər verir ki, Rusiya İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko bildirib ki, Starovoytun meyiti Odintsovo şəhər dairəsinin ərazisində şəxsi avtomobilində aşkar edilib. Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin istintaq orqanları zəruri tədbirlər həyata keçirir, hadisənin bütün halları araşdırılır. Başlıca versiya kimi intihar ehtimalı nəzərdən keçirilir.

Roman Starovoyt iyulun 7-də Rusiya Prezidentinin sərəncamı ilə istefaya göndərilmişdi. O, 2024-cü ilin may ayından etibarən Nəqliyyat Nazirliyinə rəhbərlik edirdi.

AzVision.az



Teqlər:



Xəbər lenti