Almaniyada azərbaycanlı tələbənin meyiti tapıldı
Almaniyada yaşayan Azərbaycan vətəndaşı Mirnatiq Mirsultanov açıqlamasında deyib ki, Kənan Səfərov 6 aydır Almaniyaya gedib və həm təhsil alıb, həm də diş həkimi köməkçisi kimi işləyib.
O, iyulun 5-i işə getmədiyi üçün yaşadığı ünvana adam göndərilib. Qapını döysələr də, açan olmayıb, mənzilə pəncərədən daxil olublar və döşəmənin üzərində Kənan Səfərovun meyitini aşkarlayıblar.
Meyitin üzərində hər hansı zorakılıq əlaməti olmayıb.
Onun qida zəhərlənməsindən və ya digər başqa səbəbdən ölümü araşdırılır.
Hüquq-mühafizə orqanlarına məlumat verilib, cənazənin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


