Ermənistan parlamentində qalmaqal

   Ermənistan parlamentində qalmaqal
  07 İyul 2025    Oxunub:1575
Ermənistan parlamentinin növbədənkənar iclasında parlamentin vitse-spikeri Ruben Rubinyanla müxalif “Ermənistan” fraksiyasından olan deputatı Artur Sarkisyan arasında söz davası düşüb.
AzVision.az erməni mediasına istinadən xəbər verir ki, insident baş prokuror Anna Vardapetyanın keçmiş prezident Sarkisyana qarşı cinayət təqibinin başlanması ilə bağlı vəsatətinin müzakirəsi zamanı baş verib.

Müzakirələr zamanı hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputat Vaaqn Aleksanyan terror aktı təşkil etmək və hakimiyyəti ələ keçirmək cəhdinə diqqət çəkib. Bu, Sarkisyanın kəskin reaksiyasına səbəb olub və o, oturduğu yerdən spikeri tənqid etməyə başlayıb.

Ağazaryan: “Ermənistan təxribatçıdır” | VİDEO
Bunun cavabında Ruben Rubinyan müxalifətçidən yerindən qışıqırıqları kəsməyi tələb edib.

“Ey, sən orada, sus! Burada sualları biz veririk. Mən sənə deyirəm, sus. Söz Vaaqn Aleksanyana verilib, o da danışır. Yerinə otur, ey, sən, sakitləş!”, - vitse-spiker Sarkisyana xitabən deyib.

Artur Sarkisyan Rubinyanın ona iclas zalında özünü necə aparacağını deməyə haqqı olmadığını vurğulayıb. Vitse-spiker isə buna görə ona rəsmi xəbərdarlıq edib.

Xatırladaq ki, ötən həftə Ermənistan parlamentində deputat Ovik Ağazaryanla hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvləri arasında əlbəyaxa dava olub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ermənistan   parlament  



Xəbər lenti