Baş Qərargah rəisi Səudiyyə Ərəbistanına gedib

Baş Qərargah rəisi Səudiyyə Ərəbistanına gedib
  07 İyul 2025    Oxunub:1668
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovailinin dəvəti ilə bu ölkəyə rəsmi səfərə gedib.
Müdafiə Nazirliyindən AzVision.az -a bildirilib ki, rəsmi səfər proqramına əsasən, general-polkovnik K.Vəliyevin Krallığın hərbi rəhbərliyi ilə bir sıra görüşləri, həmçinin Terrorla Mübarizə İslam Koalisiyası Mərkəzini ziyarəti planlaşdırılır.

AzVision.az


Teqlər: MN  



Xəbər lenti