SOCAR keçid ballarını açıqladı

  23 Aprel 2013    Oxunub : 5255
SOCAR keçid ballarını açıqladı
ARDNŞ-nin Müsabiqə Komissiyasının iclasında müsabiqənin 2-ci turuna keçid balları müəyyən olunub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 14-də Dövlət Neft Şirkətinin ali məktəb tələbələri üçün təsis etdiyi xüsusi təqaüdün verilməsi üzrə test imtahanın I mərhələsini keçirib.

AzVision.az xəbər verir ki, müsabiqənin 2-ci turuna keçid balları artıq müəyyən olunub. Məlumata görə, müsabiqənin 2-ci turuna keçənlərin ümumi sayı 398 nəfərdir. 2-ci tura buraxılan tələbələrin siyahısı namizədlər bölməsində və müsahibələrin qrafiki yaxın günlərdə SOCAR-ın rəsmi səhifəsində yerləşdiriləcək.

Şirkətdən aldığımız məlumata görə, proqramın şərtlərini (digər kommersiya təşkilatından təqaüd aldıqları üçün) pozduqları üçün 4 nəfər namizəd layihədən kənarlaşdırılıb və qara siyahıya salınıb. Bu namizədlər bundan sonra ARDNŞ-nin gənclərlə bağlı həyata keçirdiyi layihələrdə iştirak edə bilməyəcəklər.

Keçid balları ixtisas qrupları üzrə aşağıdakı kimidir:

Avtomatika və İKT - 32
İqtisadiyyat - 32
QNM - 26
Ekologiya - 25
Geoloji kəşfiyyat - 25
Qazma - 25
Kimya-texnologiya - 23
Boru kəmərləri - 22
Energetika - 22
Mexanika - 22
Tikinti - 20
Nəqliyyat - 20
Gəmiçilik - 20


Teqlər: