Ərdoğan Azərbaycan xalqını təbrik edib

   Ərdoğan Azərbaycan xalqını təbrik edib
  04 İyul 2025    Oxunub:1062
"Türkiyə bərpa olunan enerji sahəsində təcrübəsini paylaşmağa hazırdır".
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə bildirib. O deyib ki, Azərbaycanda Təmiz Enerji Mərkəzinin yaradılması ilə bağlı sənədlərin təsdiqlənməsi Türkiyədə son mərhələdədir:

"Əməkdaşlığın artırılması hamımız üçün faydalıdır. İƏT-in 2035-ci ilə qədər inkişafı müəyyənləşdirəcək Strategiyasından gözləntimiz böyükdür və sənədin tezliklə qəbulunu dəstəkləyirik".

Rəcəb Tayyib Ərdoğan Şuşanın 2026-ci il İƏT-in mədəniyyət paytaxtı seçilməsi münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib. (APA)

AzVision.az


Teqlər: İƏT  



Xəbər lenti