İsrail Suriyada xüsusi əməliyyat keçirib
“İsrail ordusunun mexanikləşdirilmiş patrulları səhər saatlarında Dəməşqin qərbində Livan-Suriya sərhədində yerləşən Rahle kəndində peyda olub. Onlar həmçinin iyulun 2-də təmizləmə əməliyyatının aparıldığı Dəraa əyalətinin cənubundakı Yərmuk çayı üzərindəki Ayn Deker və Saisun bölgələrində də müşahidə ediliblər”, - telekanalın yaydığı məlumatda deyilir.
Əməliyyat zamanı orada gizlənən yaraqlıların və silah anbarlarının aşkarlandığı bildirilir. Bir qrup məhbus İsrail ərazisinə aparılıb.
Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu Suriyanın cənubunun “tam silahsızlaşdırılmasını” tələb edərək orada heç bir silahlı qruplaşmanın olmasına icazə verməyəcəyini açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: İsrail Suriya əməliyyat







Vaxtında, Aydın, Lazımlı!


