Qeyri-sabit hava şəraiti davam edir

Qeyri-sabit hava şəraiti davam edir
  04 İyul 2025    Oxunub:999
İyulun 4-ü saat 9:00-a olan məlumata əsasən. ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Balakəndə 5, Sarıbaş (Qax), Kəlbəcər, Göygöl, Zaqatala, Gədəbəy, Laçın, Qubadlı, Şəmkir, Şəki, Qusar, Qrız, Ağstafa və Daşkəsəndə 3 mm-dir.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Culfada 21, Neftçalada 20, Naftalan və Mingəçevirdə 18 m/s-dək güclənir.

Dənizdə dalğanın hündürlüyü 4,4 metrə çatır.

AzVision.az


Teqlər: hava  



Xəbər lenti