Gömrükçülər külli miqdarda brilyant qaş aşkar edib

Gömrükçülər külli miqdarda brilyant qaş aşkar edib
  03 İyul 2025    Oxunub:624
Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yükünə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən stasionar rentgen qurğusunda baxış keçirilib.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Gömrük nəzarəti zamanı monitorda şübhəli cizgilər müşahidə olunduğundan əl yüklərinə gömrük yoxlaması tətbiq edilib.

Gömrük yoxlaması zamanı vətəndaşa məxsus çantanın astarının altından ümumilikdə 547,7 karat brilyant qaşlar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:



Xəbər lenti