Masazırda açıq ərazidə yanğın başlayıb

Masazırda açıq ərazidə yanğın başlayıb
  02 İyul 2025    Oxunub:533
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
AzVision.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumat daxil olandan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

AzVision.az



Teqlər:



Xəbər lenti