Sankt-Peterburqda azərbaycanlı iş adamı saxlanılıb
Axtarış zamanı təhlükəsizlik qüvvələri tərəfindən daşınmaz əmlaka dair sənədlər, mobil telefon və pul (rubl və xarici valyutada) götürülüb. "78.ru" portalının məlumatına görə, saxlanılan şəxs Azərbaycan vətəndaşıdır. Onun evində təhlükəsizlik qüvvələri 175 min rubl və 500 dollar tapıblar. O, "Amurov Group" MMC-yə rəhbərlik edir. İş sankt-peterburqlu sahibkarların müvafiq olaraq 9,6 milyon və 22 milyon rubl aldadılması ilə bağlı iki epizoddan gedir. (APA)
AzVision.az
Teqlər: Rusiya azərbaycanlı həbs







Vaxtında, Aydın, Lazımlı!


