Tramp: "Netanyahu ilə görüşəcəyik"

      Tramp:    "Netanyahu ilə görüşəcəyik"
  01 İyul 2025    Oxunub:1119
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun gələn həftə Vaşinqtona səfərə gələcəyini, onunla görüşəcəyini təsdiqləyib.
O bu barədə Ağ Evdən çıxarkən jurnalistlərə açıqlamasında danışıb. Tramp vurğulayıb ki, o, İsrailin hökumət başçısı ilə Qəzza zolağında və İrandakı cari vəziyyət ətrafında müzakirələr aparacaq.
Netanyahu ABŞ-yə gedir

Netanyahu ABŞ-yə gözlənilən səfəri barədə bu gün Nazirlər Kabinetinin iclasında məlumat verib. O diqqətə çatdırıb ki, səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampla, habelə ali hökumət nümayəndələri ilə, o cümlədən vitse-prezident C.D.Vens, Dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və ticarət naziri Hovard Lutniklə görüşlər keçirəcək. O həmçinin bir sıra senatorla da görüşəcək.

Xatırladaq ki, iyunun 13-də İsrail və İran arasında qarşılıqlı raket hücumlarına əsaslanan gərgin münaqişə başlayıb. İsrail əsasən İran ərazisindəki nüvə və raket obyektlərini hədəfə alaraq sıradan çıxarıb, İran isə əsasən İsraildəki yaşayış məntəqələrinə raket buraxıb. ABŞ-nin, şəxsən Prezident Donald Trampın müdaxiləsi nəticəsində tərəflər arasında atəşkəs qüvvəyə minib. 12 günlük müharibə ərzində hər iki ölkədə çoxsaylı mülki insan itkisi baş verib, o cümlədən İranın bir sıra ali hökumət və ordu nümayəndələri həyatını itirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İsrail   baş-nazir   səfər   görüş   İran  



Xəbər lenti