Peskov: "Ümidvarıq ki, məsələ tezliklə aydınlaşacaq"

      Peskov:    "Ümidvarıq ki, məsələ tezliklə aydınlaşacaq"
  01 İyul 2025    Oxunub:997
"Sputnik Azərbaycan" əməkdaşlarının saxlanmaları ikitərəfli münasibətlərin mahiyyətinə uyğun gəlmir".
Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verərkən dilə gətirib. O söyləyib ki, rəsmi Moskva bu gərgin vəziyyətin birbaşa danışıqlarla öz həllini tapacağına ümidvardır.

"Zənnimcə, birbaşa dialoq nəticəsində bütün suallar öz cavabını tapacaq", - Peskov vurğulayıb.
Azərbaycan səfiri Rusiya XİN-ə çağırılıb

Xatırladaq ki, dünən səhər saatlarında Azərbaycan Daxili İşlər Nazirliyi "Sputnik Azərbaycan"ın redaksiyasında əməliyyat keçirib. Təhlükəsizlik qüvvələri redaksiyanın rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousovu saxlayıblar. Bu gün isə Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev "Bakının qeyri-dost hərəkətləri və rusiyalı jurnalistlərin qanunsuz saxlanmaları" ilə əlaqədar çağırıldığı Rusiya Xarici İşlər Nazirliyinə gedib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   Azərbaycan   danışıqlar  



Xəbər lenti