DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

   DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
  01 İyul 2025    Oxunub:451
Dövlət Miqrasiya Xidməti Azərbaycanda müvəqqəti olma müddəti uzadılmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.
Bu barədə AzVision.az -a Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, 24 mart 2020-ci il tarixindən Azərbaycanda olan və COVİD-19 pandemiyası ilə əlaqədar ölkəni tərk edə bilmədiyi üçün Dövlət Miqrasiya Xidməti tərəfindən müvəqqəti olma müddəti uzadılan və ölkədə olmaları qanuni hesab edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iyulun 31-dək Miqrasiya Məcəlləsinin 45-ci maddəsində göstərilən əsaslardan biri olduğu təqdirdə, müvəqqəti yaşama icazəsinin alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməli və ya ölkə ərazisini tərk etməlidirlər.

AzVision.az



Teqlər:



Xəbər lenti