Azərbaycan səfiri Rusiya XİN-ə çağırılıb

   Azərbaycan səfiri Rusiya XİN-ə çağırılıb
  01 İyul 2025    Oxunub:1594
Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev "Bakının qeyri-dost hərəkətləri və rusiyalı jurnalistlərin qanunsuz saxlanmaları" ilə əlaqədar çağırıldığı Rusiya Xarici İşlər Nazirliyinə gedib.
Bu barədə "RIA Novosti" xəbər agentliyi məlumat yayıb.

Xatırladaq ki, dünən səhər saatlarında Azərbaycan Daxili İşlər Nazirliyi "Sputnik Azərbaycan"ın redaksiyasında əməliyyat keçirib. Təhlükəsizlik qüvvələri redaksiyanın rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousovu saxlayıblar.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   XİN   Azərbaycan   səfir   çağırış  



Xəbər lenti