Yekaterinburqda qətlə yetirilən qardaşların meyitləri Bakıya gətirilib

Yekaterinburqda qətlə yetirilən qardaşların meyitləri Bakıya gətirilib
  30 İyun 2025    Oxunub:559
İyunun 27-də Yekaterinburqda vəhşicəsinə döyülmə nəticəsində dünyasını dəyişən azərbaycanlılar - Ziyəddin və Hüseyn Səfərov qardaşlarının meyitləri “Ural Airlines” aviaşirkətinə məxsus reyslə Bakıya gətirilib.
AzVision.az xəbər verir ki, meyitlərin bu gün yenidən tibbi ekspertizaya göndərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, meyitlərin təhvil verilməsi prosesinə iyunun 30-da səhər saatlarında başlanılıb.

AzVision.az



Teqlər:



Xəbər lenti