Rusiya ombudsmanı azərbaycanlılarla bağlı prokurorluğa vəsatət göndərib
Söhbət həbsin qanuniliyinin və əsaslı olmasının yoxlanılması, habelə cinayət işi üzrə şübhəli və zərərçəkmiş şəxslərin hüquqlarına riayət olunmasından gedir.
Moskalkova onu da qeyd edib ki, o, Sverdlovsk vilayəti üzrə ombudsman Tatyana Merzlyakova ilə daimi əlaqə saxlayır, sonuncu isə, öz növbəsində, hüquqşünaslar və Azərbaycan diasporunun nümayəndələri ilə sıx əməkdaşlıq edir. Bir müddət əvvəl Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Rusiyadakı Azərbaycan diasporunun nümayəndələrinin saxlanması, ölümü və bədənə xəsarət yetirilməsi hallarının aydınlaşdırılması ilə bağlı Tatyana Moskalkova ilə əlaqə saxlayıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


